BaşlıcaSiyasət

Ankara Türkiyə ilə Ermənistan arasında diplomatik nümayəndəliklərin qarşılıqlı açılması üçün heç bir ilkin şərt olmadığını deyir

Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç Azərbaycanın APA xəbər agentliyinə müsahibəsində Türkiyə ilə Ermənistan arasında diplomatik nümayəndəliklərin qarşılıqlı açılması üçün “indiki vəziyyətdə heç bir ilkin şərt olmadığını” deyib.

“İndiki vəziyyətdə bu məsələnin müzakirəsi üçün heç bir ilkin şərt yoxdur. Və bu barədə heç bir məlumatım yoxdur. Bir daha vurğulamaq istərdim ki, bu proseslə bağlı bizim mövqeyimiz məlumdur.

 Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bir çox məsələlərin həlli üçün açar olacaq” – deyə Ərdoğanın baş müşaviri bildirib.

O, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə münasibətindən də danışıb.

“Bizim üçün Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyü ən mühüm amillərdir.

Bu mövqedən çıxış edərək, biz İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında gedən prosesləri, sülh müqaviləsi məsələsini diqqətlə izləyir, müvafiq addımlar atırıq.

“Təbii ki, biz Ermənistanla müzakirələr aparırıq. Azərbaycan, Türkiyə və Ermənistanın təmsil olunduğu beynəlxalq strukturlar var.

Biz ən yaxşı həll yolunu tapmaq, birlikdə irəliləmək və sülh içində yaşamaq üçün çalışırıq” – deyə  Kılıç bildirib.

Daha çox göstər
Back to top button