“Gənc Türklər Millətçiliyindən Nasizmə: Müqavimət Hərəkatının Cəbhəsində Erməni Soyqırımından Sağ qalanlar” adlı konfrans keçirilib

Martın 14-18-də Yerevan və Artaşat şəhərlərində Misak Manuşyan və onun Fransa Müqavimət Hərəkatındakı yoldaşlarına həsr olunmuş “Manuşyan həftəsi” tədbiri çərçivəsində Erməni Soyqırımı Muzey-İnstitutunda “Gənc Türklər Millətçiliyindən Nasizmə: Müqavimət Hərəkatının Cəbhəsində Erməni Soyqırımından Sağ qalanlar” adlı konfrans keçirilib.
“Armenpress”in məlumatına görə, konfransda Erməni Soyqırımı Muzey-İnstitutunun direktoru Edita Qzoyan açılış nitqi ilə çıxış edib.
Konfransın iki günü ərzində Ermənistan, Fransa və ABŞ-dan olan 12 tədqiqatçı öz nəticələrini təqdim ediblər.
Konfrans iştirakçıları Erməni Soyqırımı Memorialını da ziyarət edib, əbədi məşəl önünə gül dəstələri qoyub, Erməni Soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“Manuçyan həftəsi” tədbirinin məqsədi Manuçyanın irsini yenidən müəyyənləşdirmək, onun qlobal müqavimət hərəkatındakı rolunu vurğulamaq, Fransa və erməni tarixi və mədəni dialoqunu təşviq etməkdir.







