Katolikos Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun direktorunu qəbul edib

Ümumerməni Katolikosu II Qaregin Yerevan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanı, professor Ruben Melkonyanın müşayiəti ilə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunun direktoru, professor Aleksey Maslovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
“Armenpress” xəbər verir ki, bu barədə Mayr Ator-un İnformasiya Aparatı məlumat yayıb.
Qeyd olunur ki, Ruben Melkonyan qonaqları təqdim edərək, iki təhsil müəssisəsi arasında qurulan əməkdaşlıq haqqında Katolikosa məlumat verdi.
“Erməni Katolikosu Yerevan Dövlət Universiteti ilə Moskva Dövlət Universiteti arasında qurulan əlaqələrdən və iki qardaş xalq arasında dostluğun möhkəmləndirilməsinin xeyrinə təhsil, mədəniyyət və elm işçiləri arasında qarşılıqlı anlaşmanın, əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək ermənişünaslıq sahəsində planlaşdırılan proqramlardan məmnunluqla danışıb”.







