BaşlıcaSiyasət

Pentaqon Ermənistan istiqamətində mümkün hərbi texnika daşınması ilə bağlı xəbərə reaksiya verib

ABŞ Müdafiə nazirliyi (Pentaqon) Rusiyanın RT agentliyinin Ermənistan istiqamətində mümkün hərbi texnika daşınması ilə bağlı yaydığı məlumatı şərh etmir.

Bu barədə jurnalistin sorğusuna cavab olaraq ABŞ Müdafiə nazirliyindən bildirilib.

“ABŞ Ermənistanla münasibətlərini yüksək qiymətləndirir. Müdafiə Nazirliyi əməliyyat təhlükəsizliyi baxımından hərbi texnikanın yerdəyişməsi ilə bağlı şərh vermir” – deyə Pentaqondan bildirilib.

Ermənistan Müdafiə nazirliyi isə hələlik rəsmi açıqlama verməyib.

Bundan əvvəl Rusiyanın RT agentliyi məlumat yayıb ki, ABŞ ordusunun Logistika komandanlığı Almaniyanın “Dülmen” hərbi bazasından Ermənistanın “Zar”poliqonuna hərbi texnika və müxtəlif avadanlıqlar göndərməyi planlaşdırır.

Bu, mümkün erməni-amerikan birgə hərbi təlimləri üçün nəzərdə tutulub.

Məlumata görə, texnikanın daşınması 16 iyul – 7 avqust tarixlərində həyata keçiriləcək, geri qaytarılması isə 21 avqust – 20 sentyabr tarixlərinə planlaşdırılıb.

Hərbi texnikanın Ermənistan ərazisinə Gürcüstan üzərindən gətiriləcəyi qeyd edilir. Çünki Rusiya, Türkiyə və Azərbaycan vasitəsilə daşınma diplomatik icazələrin alınmasının çətinliyi səbəbindən mümkün deyil.

Daha çox göstər
Back to top button