BaşlıcaSiyasət

Suren Sarkisyan: ABŞ çox yaxşı anlayır ki, Bakının mümkün aqressiyası regionda bəzi kartları poza bilər

ABŞ çox yaxşı başa düşür ki, Azərbaycanın mümkün aqressiyası regionda bəzi strateji planları poza bilər. Bu barədə beynəlxalq ekspert Suren Sarkisyan öz sosial media hesabında yazıb.

O, xüsusilə qeyd edib:

“Trampın Yaxın Şərq və Ukrayna məsələləri üzrə müşaviri Uitkofun gözlənilmədən Bakıya səfəri, eləcə də təhlükəsizlik məsələləri üzrə müşavirin son paylaşımı aşağıdakıları göstərir”.

Tramp hazırda Ukrayna müharibəsini dayandırmağa cəmləşib.

O, İranla mümkün danışıqlara başlamaq və ya başqa yollarla İrana təzyiq göstərmək üzərində işləyir.

Hər hansı digər fon proseslər, hansı ki, bu əsas prioritetlərə mane ola bilər, bu isəTrampa lazım deyil.

ABŞ-da yaxşı anlayırlar ki, Azərbaycanın mümkün hərbi aqressiyası regionda balansı poza bilər.

Buna görə də Azərbaycanı (Türkiyəni) yeni avantüralara getməkdən çəkindirmək və Cənubi Qafqazda gərginliyin artmasının qarşısını almaq vacibdir.

Xüsusilə də, Türkiyənin beynəlxalq danışıqlar masasında öz kartları ilə əyləşmək niyyəti var. Əslində, Türkiyə Rusiya-Azərbaycan gərginliyini qəsdən artırır ki, bu proseslərdən öz məqsədləri üçün istifadə edə bilsin.

Tramp komandasının Ermənistana dair mesajlarına gəlincə, burada erməni icmasının, lobbist təşkilatların və insan haqları müdafiəçilərinin fəaliyyətinin də rolu var.

 Trampın yaxın çevrəsində təkcə Ermənistanın yerini bilən deyil, həm də erməni icması ilə yaxşı əlaqələri olan və Ermənistanın problemlərini yaxşı anlayan insanlar var.

Hazırda Tramp üçün Rusiyaya qarşı yeni gərginlik yaratmaq sərfəli deyil.

Əksinə, o, həm daxili, həm də xarici siyasətdə müəyyən problemləri həll etmək üçün Rusiyanın dəstəyinə ehtiyac duyur.

Buna görə də indiki mərhələdə Tramp Rusiyaya qarşı yeni “cəbhə” açmaqda maraqlı deyil.

Daha çox göstər
Back to top button