BaşlıcaSiyasət

ATƏT PA-nın xüsusi nümayəndəsi Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ətrafında danışıqların irəliləməsini alqışlayıb

ATƏT PA-nın xüsusi nümayəndəsi Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ətrafında danışıqların irəliləməsini alqışlayıb

Aldığımız məlumata görə, bu barədə ATƏT PA-nın rəsmi saytında dərc olunan bəyanatda qeyd edilib.

Luis Qrasa həmçinin tərəfləri fürsətdən istifadə etməyə və əməkdaşlıq gələcəyi üçün sülh istiqamətində konstruktiv və səmimi vasitələrlə işləməyə davam etməyə çağırmışdır.

“Bu irəliləyiş regional davamlı sabitlik və sülhə doğru mühüm addımdır. ATƏT Parlament Assambleyası Cənubi Qafqazda regional sabitliyə, inamın gücləndirilməsinə və uzunmüddətli barışığa töhfə verən təşəbbüsləri dəstəkləməyə hazırdır” – deyə ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bildirib.

Ermənistan və Azərbaycan 13 mart tarixində sülh sazişinin layihə mətni ətrafında son razılığa gəldiklərini bildiriblər. Ermənistanın Xarici İşlər Nazirliyi Bakı ilə sazişin imzalanma tarixi və yeri ilə bağlı müzakirələrə başlamağa hazır olduğunu açıqlamışdır.

Bir çox ölkələr artıq Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ətrafında razılığın əldə olunmasını alqışlayıb və ümum ediblər ki, müqavilə mümkün qədər tez imzalanacaq.

Daha çox göstər
Back to top button