
Baş nazirin müavini Mher Qriqoryan Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Yevgeni Jukovu qəbul edib.
Görüşdə AİB-in Ermənistan ofisinin direktoru Don Lambert də iştirak edib.
Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər Ermənistanda AİB ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramları müzakirə ediblər. Baş nazirin müavini davam edən islahatların təşviqi baxımından AİB-in bilik və təcrübəsinin Ermənistanda tətbiqinin vacibliyini vurğulayıb.
Hər iki tərəf AİB-in Ermənistanda həyata keçirilən iri infrastruktur layihələrində iştirakının vacibliyini vurğulayıb. Həmçinin regional inkişaflar, o cümlədən “Sülhün kəsişməsi” təşəbbüsü çərçivəsində regionda davamlı inkişaf perspektivləri müzakirə edilib.







