BaşlıcaSiyasət

Overçuk: “Moskva, Bakı vəYerevanın  üçtərəfli işçi qrupu bağlanmayıb, sadəcə yatmış vəziyyətdədir”

Moskva, Bakı və Yerevanın üçtərəfli işçi qrupu bağlanmayıb, əgər tərəfdaşlar müraciət etsələr, Rusiya məmnuniyyətlə işini davam etdirəcək.

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk RSPP-nin XXXIV qurultayı çərçivəsində jurnalistlərə açıqlayıb.

O, bildirib ki, qrup 2020-ci il 9-10 noyabr bəyanatı ilə yaradılıb və hazırda “yuxuda” olan vəziyyətdədir. Lakin tərəflər arasında bu mövzuda əlaqələr davam edir.

“Heç kim qrupu bağlamayıb. Əgər tərəfdaşlar bizə müraciət etsələr və biz faydalı ola biləriksə, o zaman məmnuniyyətlə işimizi davam etdirəcəyik” – deyərək Overçuk əlavə edib.

Daha çox göstər
Back to top button