BaşlıcaSiyasət

AB Azərbaycana erməni əsirlərə qarşı pis rəftarla bağlı iddiaları dərhal araşdırmağa çağırır

Azərbaycan həbsdə saxlanılan ermənilər üçün beynəlxalq öhdəliklərinə uyğun olaraq ədalətli məhkəmə hüququnu və kifayət qədər şəraiti təmin etməlidir.

Brüsseldə  müxbirimizin  sualına cavab olaraq, bu barədə AB-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sözçüsü Anita Hipper bildirib.

O, vurğulayıb ki, ehtimal olunan hərbi cinayətlər və digər qanun pozuntuları şəffaf şəkildə araşdırılmalıdır.

“Biz bilirik ki, Ermənistan hökuməti və bir sıra insan haqları təşkilatları ittiham olunan şəxslərə qarşı rəftarla bağlı narahatlıqlarını bildiriblər.

 Biz bu narahatlıqları çox ciddi qəbul edirik və hadisələrin inkişafını diqqətlə izləyirik. Azərbaycan hakimiyyəti pis rəftarla bağlı bütün iddiaları dərhal və qərəzsiz şəkildə araşdırmalı və əgər bu faktlar təsdiqlənərsə, günahkarları məsuliyyətə cəlb etməlidir.

Bakıda hərbi məhkəmədə davam edən məhkəmə prosesləri Ermənistan və Azərbaycan arasında davamlı və uzunmüddətli sülhün təmin olunması məsələsi ilə birbaşa bağlıdır.

Buna görə də, biz Ermənistan və Azərbaycanı artıq əldə olunmuş nailiyyətlərə söykənməyə və münasibətlərin tam tənzimlənməsi istiqamətində irəliləməyə davam etməyə çağırırıq” – deyə AB-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sözçüsü Anita Hipper bildirib.

O, əlavə edib ki, Avropa Birliyi bu prosesə bütün imkanları ilə dəstək verməyə davam edəcəkdir.

Daha çox göstər
Back to top button