BaşlıcaSiyasət

Paşinyan, Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi haqqında: “Mən bu sənədin altına imza atmağa hazıram”

Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsi razılaşdırılıb və imzalanmasını gözləyir. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb.

“Mən bu sənədin altına imza atmağa hazıram” – deyə o, bildirib.

Xatırladaq ki, martın 13-də Ermənistan  Respublikasının Xarici işlər nazirliyi bəyanat yayaraq “Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsinin razılaşdırıldığını və bu razılaşma üzrə danışıqların başa çatdığını təsdiqləmişdi.

Sülh sazişi imzalanmağa  hazırdır – -deyə ER XİN-I   qeyd edib.

Daha çox göstər
Back to top button