
İranın xarici işlər naziri Abbas Əraqçi martın 24-25-də Ermənistanda rəsmi səfərdə olacaq. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
“Martın 24-25-də İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Ermənistana rəsmi səfərə gələcək.
Martın 25-də Xarici İşlər Nazirliyində Ermənistan Respublikasının xarici işlər nazirləri Ararat Mirzoyan və Seyid Abbas Araqçı arasında görüş keçiriləcək, ardınca nazirlərin birgə mətbuat konfransı keçiriləcək. Səfər çərçivəsində nazir Əraqçinin “Danışıqların gücü” kitabının təqdimatı da baş tutacaq”, deyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd edilib.







