BaşlıcaSiyasət

Kilsələrin Ümumdünya Şurasının (The World Council of Churches) Bəyanatı:

Kilsələrin Ümumdünya Şurası Azərbaycanda saxlanılan erməni əsirlərinin dərhal azad edilməsini tələb edən bəyanat yayıb.

Bəyanat, BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyası çərçivəsində Kilsələrin Ümumdünya Şurasının Ekumenik Teologiya Təhsili Proqramının rəhbəri, professor, doktor Ani Ğazaryan Drissi tərəfindən təqdim edilib.

Kilsələrin Ümumdünya Şurası, Azərbaycan tərəfindən ermənilərin qanunsuz həbs edilməsi ilə bağlı dərin narahatlığını bildirərək bunun beynəlxalq humanitar hüququ və Cenevrə Konvensiyalarını pozduğunu vurğulayıb.

Bəyanatda qeyd edilir ki, 2020-ci ilin noyabrından 2023-cü ilin oktyabrınadək Azərbaycan ən azı 23 ermənini qanunsuz şəkildə saxlayıb və onlardan çoxu işgəncələrə məruz qalıb.

Bəyanatda İnsan Hüquqları Şurasına, erməni girovlarının azadlığa buraxılmasını təmin etmək üçün bütün mümkün addımları atmağa, bütün tərəflərə isə beynəlxalq hüquq çərçivəsində öz hüquqi öhdəliklərini yerinə yetirməyə çağırış edilib.

“Kilsələrin Ümumdünya Şurası Erməni Kilsəsinə və xalqına, həmçinin bu vəziyyətdən zərər çəkən bütün insanlarla həmrəylik bildirir və ədalət və sülh uğrunda sadiqliyini bir daha təsdiq edir” — deyərək  bəyanatda  qeyd olunub.

Daha çox göstər
Back to top button