
Tbilisidə Ermənistan və Gürcüstanın baş nazirləri Nikol Paşinyan və İrakli Kobaxidze arasında təkbətək görüş keçirilib.
Ermənistan Respublikasının baş nazirinin Aparatının yaydığı məlumata görə, həmsöhbətlər Ermənistan-Gürcüstan strateji münasibətləri ilə bağlı məsələləri müzakirə ediblər.
Regional əhəmiyyət kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.







