
Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff amerikalı jurnalist Taker Karlsona müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub.
Uitcof qeyd edib ki, ABŞ müxtəlif münaqişələrdə vasitəçi kimi çıxış edərkən vasitəçiliyi yalnız təsirə malik olduğu və uğur şansı gördüyü hallarda məqsədəuyğun hesab edəcək.
“Niyə öz vaxtımı və ya Amerika Birləşmiş Ştatlarının vaxtını boşa sərf edim? Niyə mən Prezidentin yanına gəlib ona tövsiyə edim ki, biz dialoqla nəyisə başa çatdıra bilərik, sonra isə bacarmayaq? Biz o qədər təsirli ola bilmərik? Bu pis siyasət reseptidir. Əgər mən bu işin içində olmasam və qiymətləndirmələr aparıb prezidentə desəm ki, biz dialoq yolu ilə nəticəyə gələ bilərik, bu zaman iştirakın mənası olar. Bu hesablamalar yalnız iranlılar, ruslar, ukraynalılar üçün deyil, Azərbaycan və Ermənistan üçün də keçərlidir”, – o deyib.







