BaşlıcaBeynəlxalq

Belçika Federal Parlamenti Dağlıq Qarabağla bağlı qətnamə layihəsi ilə bağlı dinləmələr keçirəcək

Aprelin 2-də Belçika Federal Parlamentinin Xarici Əlaqələr Komitəsinin təşəbbüsü ilə Dağlıq Qarabağa dair qətnamə layihəsi üzrə dinləmələr keçiriləcək.

Brüsseldə olan  müxbirimizn  verdiyi məlumata görə, qətnamə layihəsi aylar  öncə  federal deputatlar Xristian Demokrat və Flamand Partiyasının nümayəndəsi Els Van Huf və İslahatçılar Hərəkat Partiyasının üzvü Mişel de Maegd tərəfindən təklif edilib.

Qətnamə layihəsini təqdim edən Belçikanın federal deputatı Els Van Huf    jurnalistə müsahibəsində bildirib ki, o, Belçikanın eyni demokratiya, qanunun aliliyi və beynəlxalq hüquqa hörmət dəyərlərinə malik olan Ermənistanı dəstəkləyəcəyinə böyük əhəmiyyət verir.

“Laçın dəhlizinin blokadası, Azərbaycanın Artsax xalqına qarşı növbəti təcavüzü və Azərbaycanın Ermənistana qarşı davam edən təcavüzkar ritorikası məni dərindən sarsıtdı.

Belçika və Avropa Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə tam hörmət etmək üçün Azərbaycana təzyiq göstərməli və Azərbaycanın son sülhün bərqərar olması üçün beynəlxalq hüququn pozulmasının davam etdirilməsi istiqamətində səmimi şəkildə çalışmalıdırlar.

 Avropa səviyyəsində məhdudiyyətlər tətbiq olunsun və Aİ-nin Azərbaycanla münasibətləri nəzərdən keçirilsin” – deyə Els Van Huf bildirib.

Mişel de Meqd onu da qeyd edib ki, erməni məhbusların hələ də Bakı həbsxanalarında qeyri-insani şəraitdə saxlanması qəbuledilməzdir.

Federal deputat vurğulayıb ki, beynəlxalq ictimaiyyət hərəkətə keçməlidir.

“Biz səslərimizi yüksəltməliyik. Azərbaycan üzərində təzyiqi mümkün olan bütün vasitələrlə gücləndirməliyik. Bu məsələni bu həftə Xarici işlər naziri və Baş nazir ilə yenidən müzakirə etmişəm.

Problem təcili həll tələb edir. Bu qətnamə təklifi məhz bu məqsədə xidmət edir. O, hökuməti hərəkətə keçməyə və öz təsir rıçaqlarını tətbiq etməyə çağırır. Əliyev rejiminə qarşı sanksiyalar tələb edir.

Mən daima olduğu kimi tam iştirak edəcəyəm və bu mübarizədən heç vaxt imtina etməyəcəyəm” – deyərək Brüsseldə journalist ilə söhbətində Mişel de Maedq bildirib.

Təklif edilən qətnamə layihəsinin əsas məqamları arasında Qarabağ ermənilərinin təhlükəsiz qayıdışının təmin edilməsi məsələsi, Azərbaycanın düşmənçilik ritorikasının pislənilməsi, regionda dayanıqlı sülhün zəruriliyi, Bakıda qanunsuz saxlanılan erməni əsirlərin azad olunmasına çağırış, erməni mədəniyyət  irsinin qorunması və bir çox digər məsələlər  mövcuddur.

Daha çox göstər
Back to top button