
Türkiyənin prezident administrasiyası Azərbaycan KİV-lərinin Ermənistan-Türkiyə sərhədində Markara sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı dezinformasiyalar yaydığını bəyan edib.
Türkiyə prezident administrasiyasının Dezinformasiya ilə Mübarizə üzrə mərkəzinin bəyanatına görə, Suriyaya humanitar yüklərin daşınması ilə bağlı Azərbaycana rəsmi məlumat verilməməsi barədə Azərbaycan mətbuatında yayılan məlumatlar həqiqətə qətiyyən uyğun deyil.
Qeyd olunur ki, Ermənistan tərəfindən Suriyaya humanitar yardım göndərilməsi barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və prezidentin köməkçisi Hikmət Hacıyev məlumatlandırılıb.
Bundan öncə,bəyanatda vurğulanır ki, bu sərhəd keçidi sonuncu dəfə 2023-cü ildə 6 fevral zəlzələsindən sonra Ermənistandan Türkiyəyə göndərilən humanitar yardımın çatdırılması üçün istifadə edilibdir.
Həmçinin, qeyd olunur ki, 5-ci iclas zamanı, eləcə də sərhəd komissiyasının iclasları çərçivəsində sərhəd keçid məntəqəsindən xüsusi nümayəndələr tərəfindən piyadaların keçidi üçün istifadə edilib.







