
Ermənistan Respublikası parlamentinin sədri Alen Simonyan Ermənistanda rəsmi səfərdə olan İran İslam Respublikasının Xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.
Alen Simonyan qeyd edib ki, dost İranla qarşılıqlı hörmət və etimad əsasında qurulmuş ikitərəfli münasibətlər Ermənistan üçün böyük əhəmiyyət kəsb edir.
İranın Xarici işlər naziri də öz növbəsində səmimi qəbula görə Ermənistan Respublikası parlamentinin sədrinə təşəkkür edib və Ermənistana səfərindən çox təsirləndiyini qeyd edib.
Həmsöhbətlər görüşdə parlamentlərarası əməkdaşlıq, eləcə də regional hadisələrlə bağlı ikitərəfli maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.







