BaşlıcaSiyasət

Ermənistan və İran XİN-lərinin mətbuat katibləri regional inkişafları nəzərə alaraq dezinformasiyaya qarşı mübarizəni müzakirə ediblər

İran Xarici işlər nazirinin Ermənistana rəsmi səfəri çərçivəsində, 25 mart tarixində Ermənistan Xarici işlər nazirliyində (XİN) Ermənistan və İran XİN-lərinin mətbuat katibləri Ani Badalyan və Esmail Bağayinin görüşü baş tutub.

Ermənistan XİN-dən   jurnalistə  açıqladıqlarına görə, tərəflər strateji kommunikasiya sahəsində iki ölkənin xarici siyasət strukturları arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə Ermənistan və İran arasında mövcud yüksək səviyyəli siyasi dialoqa uyğun olaraq, hər iki XİN-in mətbuat xidmətləri arasında aktiv əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni təşəbbüslərin həyata keçirilməsi istiqamətində hazırlıq vurğulanıb.

Tərəflər KİV-lər arasında əməkdaşlıq və jurnalistlərin qarşılıqlı səfərlər proqramlarının həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Mənbənin məlumatına görə, Ani Badalyan və Esmail Bağayi regional cari inkişafları da nəzərə alaraq dezinformasiyaya qarşı mübarizənin effektiv mexanizmlərinin tətbiqinin əhəmiyyətini müzakirə ediblər.

Regional əlaqələrin blokadanın aradan qaldırılması mövzusuna ictimayətin böyük diqqətini nəzərə alaraq, tərəflər Ermənistan hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsinə və onun əsas prinsiplərinə hörmətlə bağlı davam edən ictimai kommunikasiyanın vacibliyini vurğulayıblar.

Daha çox göstər
Back to top button