BaşlıcaSiyasət

Fransanın “Arte telekanalı Ermənistanın xəritəsini göstərmədiyinə görə üzr istəyir

Fransanın “Arte France” telekanalı “28 dəqiqə” proqramında Ermənistansız regionun xəritəsini dərc etdiyinə görə üzr istəyib. Bu barədə jurnalist Qriqor Amirzanyan məlumat verib.

Verilişin aparıcısı Elizabet Kin hadisəyə görə üzr istəyərək, kollektiv səhv olduğunu və proqramın yaradıcılarının baş verənlərdən təəssüfləndiyini bildirib. O, burada heç bir pis niyyətin olmadığını qeyd edərək, onları bağışladıqları üçün tamaşaçılara təşəkkür edib.

Xatırladaq ki, “28 Dəqiqə” xəbərində xəritədə Ermənistandan başqa bütün region ölkələri göstərilib. Bu vəziyyət sosial mediada səs-küyə səbəb olub, istifadəçilər, QHT-lər və media qurumları reaksiya verib.

Daha çox göstər
Back to top button