
İran üçün Ermənistanın Syuniki saxlaması arzuolunandır, eyni zamanda Yerevan uğursuz olarsa, bu regiona daxil ola biləcəklərini istisna etmirlər.
Bunu Yerevan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanı, türkoloq Ruben Melkonyan NEWS.am saytına müsahibəsində “Güc faktoru” proqramının efirində deyib.
Onun sözlərincə, Rusiya türk dünyasının birləşməsinin onun üçün saatlı bombaya çevrilə biləcəyini tam dərk etmir. “Türkdilli iranlılar faktorunu və onlara pantürkist təşkilatların təsirini nəzərə alaraq, bu, İran üçün daha həssas mövzudur”, – ekspert vurğulayıb.
O qeyd edib ki, türk dünyasının birləşməsinin İran və Rusiyaya təsiri eynidir, lakin İranın Ali Rəhbəri bu barədə açıq danışır, Rusiyadan isə belə açıq bəyanatlar eşidilmir. Onun fikrincə, eyni zamanda Rusiyanın Syunik üzərində birmənalı nəzarəti saxlaya biləcəyinə inamı Dağlıq Qarabağ hadisələrinin təcrübəsi nəzərə alınmaqla tamamilə özünü doğrultmur.
Melkonyan eyni zamanda xatırladıb ki, Türkiyənin xüsusilə Ermənistanla bağlı məsələlərdə Azərbaycana dəstəyi birmənalıdır. Ekspert Ankaranın Yerevanla bağlı bəzi məsələlərdə Bakını dəstəkləməyəcəyi və fərqli mövqedə ola biləcəyi fikrini bölüşmür.
O xatırladıb ki, “Zangezur dəhlizi” adlanan ideya 1910-cu illərdə yaranıb. “Dəhliz ideyası Türkiyə üçün 1918-ci ildən dominant olub. Ermənistan-Türkiyə müharibəsindən sonra. Sonra Türkiyə dəhlizlər yaratmağa və indiki Azərbaycan və Orta Asiya ərazisi ilə əlaqə saxlamağa çalışdı. Bundan əlavə, 1921-ci ildə Qars və Moskva müqavilələrinin müzakirəsi zamanı Türkiyə Naxicevanla quru əlaqəsi əldə etmək üçün əlindən gələni etdi. 1936-cı il İranla ərazi mübadiləsi nəticəsində Türkiyə Naxicevanla əlaqələrini genişləndirdi. Yəni Ankara 100 ildir ki, bunun üçün gedir”, – türkoloq qeyd edib.
O əlavə edib ki, bu termin 44 günlük müharibədən sonra aktivləşib. “Əgər hərbi avantürizm üçün imkan yaranarsa, Azərbaycan dəhlizi güc yolu ilə açacaq”, – deyə Ruben Melkonyan yekunlaşdırıb.







