
Rusiya Federasiyası və Ermənistan çoxşaxəli siyasi dialoqu davam etdirir, iki ölkənin liderləri daimi təmasdadırlar və Ermənistanın baş naziri Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlər üçün Moskvaya səfər etmək dəvətini qəbul edib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
Zaxarovanın qeyd edib ki, Rusiya Federasiyası və Ermənistan XİN rəhbərləri arasında da konstruktiv danışıqlar aparılıb.
“Bu yaxınlarda iki ölkənin xarici işlər nazirlərinin müavinləri arasında məsləhətləşmələr aparılıb. Hökumətlərarası və parlamentlərarası mexanizmlər işləyir, aktiv idarələrarası əməkdaşlıq var, aqrar-sənaye kompleksinin əsas məsələlərinə dair dəyirmi masa keçirilib. Mədəniyyət, təhsil və humanitar sahələrdə təşəbbüslər var ki, növbəti ayda Ermənistanda keçiriləcək.”
Bundan əlavə, XİN rəsmi nümayəndəsi qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələr də inkişaf edir.
“Ötən il ticarət dövriyyəmiz mütləq rekorda imza atıb – təxminən 12 milyard dollar. Düşünürəm ki, Yerevanda Aİİ-də iştirakdan bu əməli mükafatı hiss edirlər, ölkənin sosial-iqtisadi sabitliyi və təhlükəsizliyi üçün bunun əhəmiyyətini dərk edirlər”.







