BaşlıcaSiyasət

Vahe Davtyan: “Azərbaycanın SOCAR şirkəti İsrailin qaz bazarına daxil olur”

Azərbaycanın SOCAR şirkəti İsrailin qaz bazarına daxil olur. Şirkət BP və NewMed ilə birlikdə İsrailin sularında qaz axtarışı həyata keçirmək üçün müqavilə imzalayıb.

Bu barədə öz Facebook səhifəsində Vahe Davtyan yazıb.”Bu, SOCAR-ın ilk beynəlxalq qazma layihəsidir ki, onun icrası əvvəllər “Hizbullah” ilə qarşıdurmaya görə təxirə salınmışdı.

Bu fonda Türkiyə, Ərdoğanın sərt anti-İsrail ritorikasına baxmayaraq, Azərbaycanın neftinin İsrailə tranzitini davam etdirir. Səbəb isə iqtisadi asılılıqdır.

SOCAR Türkiyəyə 18,5 milyard dollar həcmində nəhəng sərmayələr yatırıb və şirkətin Türkiyədəki müəssisələri minlərlə iş yeri təmin edir.

Əlavə amil kimi İsrailin– Cənub Qaz dəhlizi vasitəsilə Avropaya qaz ixracını həyata keçirmək planlarını qeyd etmək olar .

Aydındır ki, İsrail faktorunun Cənubi Qafqazda aktivləşməsi müşahidə olunur və bu, İrana qarşı bütün mümkün təhlükələri də özündə ehtiva edir.

Ümumilikdə, bu vəziyyət Türkiyə və Azərbaycanın İsrailə münasibətdə yanaşmalarının fərqliliyini vurğulayır.

Lakin bu fərq çox dərin deyil. Ankara sərt anti-İsrail bəyanatları verməyə davam edir, amma İsraillə iqtisadi əməkdaşlıq yüksək səviyyədə qalır.

 Azərbaycan isə öz növbəsində, artıq ritorika olmadan siyasi və iqtisadi praqmatizm nümayiş etdirməyə çalışır. Əslində, “yer üzərində” tərəflərin yanaşmaları bir-birinə zidd deyil” – deyə o, bildirib.

Daha çox göstər
Back to top button