BaşlıcaSiyasət

Qriqoryan:  “İsrail, Azərbaycan və ABŞ-nin mümkün üçtərəfli əməkdaşlığı Ermənistanın maraqlarına uyğun deyil”

Azərbaycan və İsrail arasında əməkdaşlıq uzun tarixə malikdir, onlar arasında sıx münasibətlər qurulub. İsrailin ABŞ-də ciddi nüfuzunu nəzərə alaraq, bu əməkdaşlığın Bakının daxil edilməsi ilə üçtərəfli formata çevirilməsi cəhdi göstərilib.

 Bu haqda  müsahibədə Lehay Amerikan Universitetinin professoru Arman Qriqoryan bildirib.

O, bu haqda  Ermənistan üçün olduqca arzuolunmaz senari adlandırıb, xüsusən də belə əməkdaşlıq regional sabitliyin təmin edilməsinə yox, İrana təzyiq göstərməyə və ya İŞİD-ə zərbə endirməyə yönəldildikdə.

Qriqoryan təkrar edib ki, bu, Ermənistanın maraqlarına uyğun gəlmir.

Ekspert “The Jerusalem Post” qəzetinin məqaləsinə istinad edərək onu “əhəmiyyətli və maraqlı” adlandırıb. O, xatırladıb ki, məqalədə deyilir:

“Trampın müşavirinin Azərbaycana səfəri İsrail baş naziri və yəhudi dini qruplarının rəhbərləri tərəfindən təşəbbüs edilib. Onlar ABŞ, İsrail və Azərbaycan arasında koalisiya yaradılmasına, həmçinin Bakını ‘İbrahim sazişləri’nə daxil etməyə maraqlıdırlar”.

Qriqoryan bunun hələlik uzaqgörən planlar olduğunu və indilik gerçəkləşməsi mümkünsüz göründüyünü bildirib.

O, Trampın nümayəndəsinin Bakıya səfərini “İsrail, ABŞ və Azərbaycan tərəfindən sistemli addım” adlandırıb.

Daha çox göstər
Back to top button