
Ermənistan Parlamentinin “Mülki müqavilə” fraksiyasının deputatı, xarici əlaqələr daimi komissiyasının sədri Sargis Xandanyan azərbaycanlı həmkarı Səməd Səyidov onun sülh sazişi layihəsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün görüş təklifini rədd etdiyini açıqlayıb.
Bu barədə Xandanyan özünün X mikrobloqunda yazıb.
“Azərbaycanlı həmkarım sülh müqaviləsi layihəsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün görüşmək təklifimi açıq şəkildə rədd edərək, məni “populist” adlandırdı. Əgər sülhün tərəfdarı olmaq populizmdirsə, o zaman mən bu etiketi qürurla qəbul edirəm, nə qədər lazımdırsa. Mənim təklifim masada qalır. Mən regionumuzda sülh və sabitlik naminə yorulmadan çalışaraq parlamentlərarası səviyyədə etimad quruculuğu tədbirləri ilə məşğul olmağa hazıram”, – Xandanyan yazıb.







