Rusiyanın Ermənistandakı səfiri Aragatsotn bölgəsinə səfər edib

Martın 28-də Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin Aragatsotn bölgəsinə səfər edib. Bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Rusiya səfiri ilə Aragatsotn qubernatoru Sergey Movsisyan arasında keçirilən görüşdə Rusiya ilə Ermənistan arasında regionlararası əlaqələrin, eləcə də mədəni, humanitar və turizm sektorlarında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Məlumata görə, səfər zamanı Rusiya diplomatik missiyasının rəhbəri Rusiya kapitalının iştirakı ilə yüksək texnologiyalar sahəsində pilot layihə olan “VS DATA” şirkətinin məlumatların emalı mərkəzinin tikinti sahəsinə də baş çəkib.
“Aştarak şəhərinin 2 nömrəli ibtidai məktəbində Kopirkinə rus və erməni mədəniyyətlərinin ortaqlığının dərin köklərini əks etdirən konsert proqramı təqdim edilib”, – məlumatda deyilir.







