
Ermənistan Almaniyanın müxtəlif sahələrdə dayanıqlı inkişafın təşviqi üçün göstərdiyi dəstəyi yüksək qiymətləndirir.
Bu haqda Ermənistan Respublikasının Prezidenti Vahagn Xaçaturyan Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransında bildirib.
Verilən məlumata görə, Xaçaturyan qeyd edib ki, Almaniya Prezidentinin Ermənistana səfəri hər iki xalqın dostluğunu və Ermənistan-Almaniya münasibətlərinin əhəmiyyətini bir daha təsdiq edir.
“Məmnunam ki, bugün erməni-alman əməkdaşlığının müxtəlif sahələrini əhatə edən sualları səmərəli müzakirə etmək fürsəti yarandı”- deyə Xaçaturyan qeyd edi.
Görüşdə həmçinin hər iki tərəf üçün maraq doğuran bir sıra məsələlər, o cümlədən iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişaf imkanları müzakirə edildi.
Almaniyanın Ermənistanın əsas ticarət tərəfdaşlarından biri olduğunu və Avropa İttifaqı ölkələri sırasında birinci yerdə durduğunu qeyd etdik”.
Ermənistan Prezidenti vurğulayıb ki, Yerevan təhsil, bərpa olunan enerji və infrastruktur kimi prioritet sahələrdə dayanıqlı iqtisadi və sosial inkişafın təşviqi üçün Almaniyanın davamlı dəstəyini yüksək qiymətləndirir. Xaçaturyan həmçinin əlavə edib.
“Ermənistanın demokratik islahatlarında Almaniyanın dəstəyinə görə minnətdarlığımı bildirdim. Almaniya Prezidenti ilə Ermənistanın Avropa İttifaqı ilə dərinləşən əlaqələrini də müzakirə etdik, bu kontekstdə Almaniyanın rolunun əhəmiyyəti vurğulandı”.
Prezidentin sözlərinə görə, regiondakı son inkişaf dinamikası ilə bağlı suallara da toxunulub, beynəlxalq normalara və ölkələrin suverenliyi ilə bərabər hüquqluğu prinsiplərinə əsaslanan münaqişələrin sülh yolu ilə həllinin zəruriliyi qeyd edilib.
“Almaniya hökumətinin Ermənistan və Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması istiqamətində göstərdiyi ardıcıl dəstəyi qiymətləndirdik. Həmçinin, Cənubi Qafqazda sabitlik və sülhün təmin edilməsi üçün Ermənistan tərəfindən həyata keçirilən işləri tərəfdaşıma çatdırdım. Regionun infrastrukturunun blokadasızlaşdırılmasının və bu kontekstdə “Sülh kəsişməsi” layihəsinin əhəmiyyətini bir daha vurğuladım” – deyə Xaçaturyan bildirib:







