BaşlıcaSiyasət

Vyetnam parlamentinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 1-dən 5-dək Ermənistana səfər edəcək

Ermənistan Parlamentinin sədri Alen Simonyan Vyetnam Sosialist Respublikası Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətinin qəbulunun təşkili haqqında sərəncam imzalayıb.

Buna görə, Vyetnam parlamentinin sədri Tran Thanh Man başçılıq etdiyi nümayəndə heyəti 2025-ci il aprelin 1-dən 5-dək Ermənistanda səfərdə olacaq.

Vyetnamın “Việt Nam News” saytı da Tran Thanh Man-ın səfəri barədə yazıb və bunun 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra Vyetnam parlamentinin rəhbəri səviyyəsində Ermənistana ilk səfər olacağını vurğulayıb.

Daha çox göstər
Back to top button