
Fransa və Meksika Ermənistanın kütləvi vəhşilik hallarında BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadənin məhdudlaşdırılmasını dəstəkləmək qərarını alqışlayırlar.
Bu bəyanat Təhlükəsizlik Şurasının belə situasiyalarda fəaliyyət göstərmək qabiliyyətinin maraqlarına uyğun olaraq effektiv çoxtərəfli sistemə sadiqliyi nümayiş etdirir. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumatda deyilir.
Aprelin 1-dən bir ay müddətinə Təhlükəsizlik Şurasına sədrlik edən Fransa 2015-ci ildə kütləvi vəhşilik halında veto hüququndan istifadə etməyəcəyinə söz vermişdi.
“Bu ildən biz Meksika ilə 107 ölkənin dəstəyini almış bir təşəbbüs təşviq edirik. Onun 10 illiyi bu il BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində qeyd olunacaq”, – məlumatda deyilir.







