
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan aprelin 7-11-də Vaşinqtona işgüzar səfərə gedəcək və “Korrupsiyaya qarşı mübarizədə tərəfdaşlıq” beynəlxalq konfransında iştirak edəcək.
Armenpress-in məlumatına görə, nazir yola düşməzdən bir neçə gün əvvəl ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kvini qəbul edərək səfərin gündəliyini müzakirə edib.
Görüş zamanı həmçinin Ermənistan Respublikası ilə ABŞ arasında cinayət işləri üzrə hüquqi yardım haqqında sazişin yaradılması üzrə iş, o cümlədən ABŞ-ın Narkotiklərə Nəzarət və Hüquq Mühafizə Orqanları ilə Əməkdaşlıq üzrə Milli Bürosunun rəhbərliyi ilə planlaşdırılan görüş də müzakirə edilib. Ədliyyə naziri və ABŞ səfiri ikitərəfli gündəliyə aid məsələləri də müzakirə ediblər.







