BaşlıcaSiyasət

Ermənistanda  İranın səfiri: “Bizim qırmızı xətlər Syünikə aiddir”

İranın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani bildirib ki, Ermənistanın Cənubunda – Syünikdə baş verən hadisələr birbaşa İranın maraqları ilə bağlıdır.

 Məhz bu səbəbdəndir ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsini “qırmızı xətt”  hesab edir.

O, bu barədə aprelin 3-də keçirilən “Hayk-İran: minillik qonşuluq”mövzusunda beynəlxalq konfransda çıxışı zamanı danışıb.

Səfir izah edib ki, bu gün Ermənistanda, Cənubi Qafqazda və İranda baş verən hadisələrin inkişafı bir-biri ilə sıx bağlıdır.

“İran və Ermənistanın taleyi, maraqları və təhlükəsizliyi həmişə coğrafi yaxınlıq və eyni geosiyasi məkanda yerləşmə sayəsində bir-birilə əlaqəli olub”- deyə səfir əlavə edib.

O, qeyd edib ki, Ermənistanla sərhəd İranda ən təhlükəsiz sərhədlərdən biri hesab olunur.

“Biz heç vaxt Ermənistan tərəfindən təhlükə hiss etməmişik və Ermənistan da heç vaxt İran tərəfindən təhlükə hiss etməyib” – deyərək Sobhani vurğulayıb.

Daha çox göstər
Back to top button