
Özbəkistanın Səmərqənd şəhərində keçirilən birinci Aİ-Mərkəzi Asiya sammitindəki çıxışında Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ermənistana da toxunub. O, Transxəzər nəqliyyat dəhlizinin Mərkəzi Asiya ölkələri ilə Aİ arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətini xüsusi qeyd edib.
“Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə sərhəd də Qara dənizə çatmaq üçün vacibdir. Ermənistanın Türkiyə və Azərbaycanla otuz illik bağlılıqdan sonra sərhədlərinin açılması oyunu dəyişdirəcək. Bu, Avropa və Mərkəzi Asiyanı heç vaxt olmadığı qədər yaxınlaşdıracaq”, – Avropa Komissiyasının sədri bildirib.







