BaşlıcaSiyasət

İran Prezidenti təmtəraqlı səyahətə görə vitse-prezidenti işdən çıxarıb

İran Prezidenti Məsud Pezeşkian parlament işləri üzrə vitse-prezident Şəhram Dabiri Novruz bayramı münasibətilə şəxsi səfərinə görə vəzifəsindən azad edib.

Bu haqda  İRNA məlumat yayıb. İran Prezidenti öz sərəncamında bildirib ki, Dabiri səfər hesabatını nəzərdən keçirdikdən sonra onu işdən çıxarmaq qərarına gəlib.

“Cəmiyyətin üzləşdiyi çoxsaylı iqtisadi çətinlikləri nəzərə alsaq, məmurların dəbdəbəli səfərləri, hətta şəxsi gəlirləri hesabına ödənilsə belə, əsassızdır və İran rəsmilərinin gözlədiyi minimalist həyat tərzinə ziddir” –  deyərək  Prezident  qeyd edib.

Daha çox göstər
Back to top button