
Ermənilər 1990-cı illərdə olduğu kimi mübarizə aparsalar, xaricdən yardım alacaqlar. Ermənistanda Rusiyanın hərbi bazası var, İran da yaxınlıqdadır. Bunu NEWS.am-ın müxbirinə müsahibəsində rusiyalı politoloq Mixail Aleksandrov deyib.
Ekspert əlavə edib ki, İran indi öz təhlükəsizliyindən daha çox narahatdır. “Tramp seçiləndən sonra Tehran başa düşdü ki, ABŞ müdaxilə edə və onlara zərbələr endirməyə başlaya bilər, ona görə də İslam Respublikası oturub nüvə silahı yaratmağa nail olmalı idi”, o əlavə edib.
Politoloqun fikrincə, İran Azərbaycanın Ermənistana hərbi müdaxiləsini bəyənməyəcək, lakin çətin ki, döyüşəcək. Aleksandrov eyni zamanda İranın Ermənistanı silahla dəstəkləməsini mümkün hesab edir.
O, Rusiyanın da müdaxilə edə biləcəyini istisna etməyib.
“Lakin o, belə bir addımın zəruriliyinə əmin olmalı, Ermənistanın etibarlı müttəfiq olduğuna əmin olmalıdır”, – politoloq vurğulayıb.







