
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti üçün Azərbaycanda saxlanılan erməni əsirlərin vəziyyəti prioritet məsələdir. O, Bakıda erməni əsirlərin hansı şəraitdə saxlanmasını, onların məhkəmə proseslərinə diqqətlə nəzarət edir.
“Bakıya səfər etmək üçün Azərbaycan hökuməti ilə müzakirələr aparıram. Bu, həm onlardan, həm də məndən vaxt alır”, – “Armenpress” yazır. Maykl O`Flaherti bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Armen Gevorgyan Bakıda saxlanılan erməni hərbi əsirlərin vəziyyəti ilə bağlı sualını cavablandırarkən deyib.
O, Azərbaycana səfər etmək üçün iki dəfə Azərbaycan hakimiyyətinə müraciət etdiyini vurğulayıb.
“Üçüncü və ya dördüncü dəfə müraciət edəcəm. Mütləq həmin ölkəyə getmək və o ölkədə insan haqları məsələlərinə cəlb etmək istəyirəm”,- o vurğulayıb.
Armen Gevorqyan xatırladıb ki, bir neçə həftə əvvəl O’Flahertiyə Bakıda saxlanılan erməni əsirlərdən biri olan Ruben Vardanyanın beynəlxalq vəkili olan məşhur amerikalı vəkilin ifadəsini təqdim edib. Vəkil Bakıda erməni hərbi əsirlərin hansı dəhşətli şəraitdə saxlandığını təqdim edib.







