BaşlıcaSiyasət

Nikol Paşinyan və İva Petrova Ermənistanla VBF arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramın 5-ci baxışının nəticələrini müzakirə etdilər

Baş nazir Nikol Paşinyan Ermənistandakı fəaliyyətini başa vuran Valyuta Beynəlxalq Fondunun (VBF) Ermənistan  üzrə  missiyasının rəhbəri İva Petrovaya qəbul verib.

Görüşdə həmçinin VBF-nin Ermənistan missiyasının yeni rəhbəri vəzifəsini icra edəcək Aleksandr Timan da iştirak edib.

Baş nazir VBF ilə əməkdaşlığı ölkədə iqtisadiyyatın inkişafına dəstək kimi qiymətləndirib.

Nikol Paşinyan bu ilin ilk rübündə iqtisadi fəallıq meyllərinin davam etdiyini və Hökumətin tədbirlərinin davamlı iqtisadi artımın təmin edilməsinə yönəldiyini vurğulayıb.

Tərəflər Ermənistanla VBF arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramın 5-ci baxışının nəticələrini müzakirə ediblər.

Bu mənada hər iki tərəf proqramın nəticələrindən məmnunluğunu bildirərək, sonrakı addımlara da toxunublar.

Maliyyə sektoru, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi fəallığın stimullaşdırılması, mövcud risklerin aradan qaldırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Daha çox göstər
Back to top button