Siyasət
Azərbaycan AİHM-in qərarlarını icra etməyəcək: Əliyev

Əliyev bəyan edib ki, Azərbaycan AİHM-in qərarlarını icra etməyəcək.
“Əgər nümayəndə heyəti Assambleyanın iclaslarında iştirak etmirsə və Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakimlərin seçkilərində səs verə bilmirə, o zaman bu məhkəmənin Azərbaycanla bağlı qərarları etibarsız sayılacaq. Biz səsvermə hüququndan məhrum olmuşuq. Biz bu hakimlərə səs verməmişik və onların kim olduğunu da bilmirik.
2024-cü ilin yanvarında AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina edib. Qətnamənin lehinə 90, əleyhinə 76, bitərəf 4 deputat səs verib. Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın əleyhinə səs verən 76 deputatın ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.







