
DİN DQ-dan məcburi köçürülən şəxslərin Ermənistan vətəndaşlığı alanların pasportlarında doğum yeri kimi Azərbaycanın göstərilməsinin səbəblərini izah etdi.
Alınan məlumata görə, DİN bu sualların hüquqi və texniki əsaslandırılmasını təqdim etmişdir.
“Şəxsiyyəti təsdiq edən sənədlərdə məlumatların qeydə alınması beynəlxalq standartlara uyğun həyata keçirilir.
Maşın tərəfindən oxuna bilən şəxsiyyət/səyahət sənədlərinin verilməsi sahəsi Beynəlxalq Mülavi Aviasiya Təşkilatının (ICAO) 9303 standartı ilə tənzimlənir.
Bu standartda qeyd olunur ki, doğum yeri məlumatı sahəsi ISO 3166 standartına əsasən qurulur. Sonuncu isə dövlətlər üzrə dünya ünvanlandırma sistemində qəbul edilən coğrafi vahidləri müəyyən edir.
Buna görə də, səlahiyyətli orqan olan DİN-in Miqrasiya və Vətəndaşlıq Xidmətinin hər hansı bir qeydi, əgər beynəlxalq tənzimləmə çərçivəsində təsdiq edilməyibsə, sərhəd keçid məntəqələrində problem yarada bilər” –deyə DİN-in açıqlamasında bildirilir.
Nazirlik vurğulayır ki, müxtəlif ölkələrin sərhəd nəzarət orqanlarından DİN-in Miqrasiya və Vətəndaşlıq xidmətinə bu tip çoxsaylı xəbərdarlıqlar daxil olub.
“Xidmətin gündəlik fəaliyyəti zamanı bu problemlər partnyorluq yolu ilə mümkün qədər həll edilir. Məsələnin hüquqi əsaslarla tənzimlənməsi məqsədilə şəxsin yeni sənədləşdirilməsi zamanı Xidmət yalnız beynəlxalq standartlara əməl edir” – deyərək DİN-in açıqlamasında qeyd olunub.







