
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda əməkdaşlığa və inteqrasiyaya xidmət edəcək.
Bunu Almaniyanın İqtisadi İnkişaf və Xarici Ticarət Federal Assosiasiyasının rəhbəri Urs Unkauf deyib. O, yaxın gələcəkdə Cənubi Qafqazda sabitliyin təmin olunacağına ümid etdiyini bildirib.
Bundan əvvəl Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətni və sənədin bütün 17 bəndi üzrə razılaşma üzrə danışıqların başa çatdığını elan ediblər.







