
Bu gün UEFA İntizam Komitəsi Ermənistanla oyunda baş verən insidentlə bağlı yekun qərar qəbul edib.
Bu barədə “Georgia Online” məlumat yayıb. UEFA-nın qərarına əsasən, azarkeşlərin meydançaya daxil olması, lazer işıqlandırması və atəşfəşanlıqdan istifadə etməsi, eləcə də çıxışların qarşısını kəsməsi ilə bağlı Gürcüstan Futbol Federasiyası 40 min avro məbləğində cərimələnib və Gürcüstan millisi evdə bir matçı bağlı qapılar arxasında keçirəcək.
Bu diskvalifikasiya dünya çempionatının seçmə oyunlarına şamil edilməyəcək və Millətlər Liqası çərçivəsində keçirilən oyunlara şamil ediləcək.
Xatırladaq ki, UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyununda Ermənistan milli futbol komandası Gürcüstan millisini qəbul edib, 6:1 hesabı ilə uduzub.







