
Ermənistan hökuməti ehtiyatda olan hərbçilərin üç aylıq təlim toplantılarının keçirilməsi barədə yeni qərar qəbul edib. Təlimlər 2025-ci il aprelin 15-dən iyulun 15-dək davam edəcək.
Alınan məlumata görə, qərar hökumətin aprelin 10-da keçirilən iclasında qəbul edilib.
Təlimlərdə ehtiyatda olan hərbçilərin birinci qrupunun birinci və ikinci kateqoriyalarında qeydiyyatda olan sıravi, kiçik zabit və zabit heyətinin nümayəndələri iştirak edəcək.
Bu toplantılar ehtiyatda olan hərbçilərin hərbi bacarıqlarını təkmilləşdirmək, peşəkar hazırlıq keçmək və yüksək təhsilli kiçik zabit heyətindən ehtiyatda olan zabitlərin hazırlanması məqsədilə təşkil edilir.







