
ER Xarici İşlər Nazirliyinin Avropa Departamentinin rəhbəri Samvel Mkrtçyan ER-Aİ viza rejiminin liberallaşdırılması dialoqu çərçivəsində Ermənistana gələn Aİ-nin ikinci ekspert missiyasının nümayəndə heyətini qəbul edib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. İclasda Avropa, İnsan Hüquqları və Humanitar Məsələlər, Beynəlxalq Müqavilələr və Hüquq Departamentlərinin, ER Xarici İşlər Nazirliyinin Konsulluq Departamentlərinin və Ermənistan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər.
Aİ ekspert missiyasına Aİ-yə üzv dövlətlərin sektor ekspertləri, Avropa Komissiyasının, Avropa Xarici Fəaliyyət Xidmətinin və Aİ-nin Ermənistandakı nümayəndəliyinin nümayəndələri daxil idi. Görüş zamanı fundamental insan hüquqları və bu sahədə beynəlxalq əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə olunub. Avropa İttifaqının ekspert missiyası nümayəndə heyətinin nümayəndələri səfər çərçivəsində Ermənistan Respublikasının müvafiq idarələri ilə mütəşəkkil cinayətkarlığın qarşısının alınması və mübarizə, qeyri-qanuni aktivlərin müsadirəsi, korrupsiya və maliyyə cinayətləri ilə bağlı məsələlər üzrə aparılan müzakirələr barədə məlumat veriblər.
Səfərin məqsədi Ermənistan-Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması dialoqu üzrə Fəaliyyət Planı üçün müvafiq meyarların işlənib hazırlanması məqsədilə Ermənistanın hazırlığının ümumi qiymətləndirilməsidir.







