
Ermənistanın adi vətəndaşları bir gün ərzində hökumətimizdən sülhün bərqərar olunması, düşmənçiliyin səhifəsini bağlamaq barədə bir sıra təminatlar eşidə bilərlər, hətta yaralar təzə olsa belə.
Eyni zamanda, həmin gün ərzində Azərbaycandan yeni hərbi təhdidlər, Ermənistanın ərazi bütövlüyünün tanınmaması kimi bəyanatlar da eşidilə bilər.
Bu haqda Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycan və Gürcüstan həmkarıları ilə müzakirə zamanı Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Bu cür bəyanatlar Azərbaycan parlamentinin üzvləri, hökumətlə yaxın əlaqəli media orqanları, yüksək vəzifəli şəxslər tərəfindən irəli sürülür.
Beləliklə, bu təhdidlər mövcuddur. Bizim azərbaycanlı, gürcü, türk həmkarlarımızın qarşısında iki seçim durur: ya dəyişikliklərin geri dönməz olduğuna əmin olmaq üçün daha 100-200 il gözləyək, ya da daşı daşın üstünə qoyub regionda sülhü bərpa edək.
İqtisadi və enerji əməkdaşlığı yaradaq – bunun üçün çoxlu imkanlar var və belə ki, Gürcüstan da bu prosesdə aparıcı rol oynaya bilər.
Biz cəmiyyətləri bir-birinə bağlaya bilərik – təkcə Ermənistan və Azərbaycanı yox, həmçinin Gürcüstan və Türkiyəni.
Biz 21-ci əsrə inanırıq. Əməkdaşlıq yolunu seçirik, lakin tək tərəfli əməkdaşlıq mümkün deyil – digər tərəfdən də buna oxşar hazırlıq olmalıdır”- deyərək Mirzoyan qeyd edib.







