BaşlıcaMədəniyyət

Vatikanda anti-erməni tədbirlə bağlı Ana Kürsü (Müqəddəs Eçmiadzin) zəruri addımlar atacağını bildirir

Aprelin 10-da Roma Papalıq Qriqoriyan Universitetində Müqəddəs Kürsüdə (Vatikanda) Azərbaycanın səfirliyi və bəzi azərbaycanlı təşkilatların təşəbbüsü ilə “Azərbaycanda xristianlıq: tarix və müasir dövr” başlığı altında tədbir keçirilib.

Tədbirdə müxtəlif ölkələrin nümayəndələri iştirak edib.

Bu günlərdə  Ana Kürsü tərəfindən yayılan bəyanatda qeyd olunur ki, tədbir zamanı Azərbaycan təbliğat maşınının təşəbbüsü ilə növbəti dəfə Ermənistan və Artsaxın tarixi-mədəniyyət irsinin ermənilərə məxsusluğunu inkar etməyə, tarixi həqiqətləri saxtalaşdıraraq onu mənimsəmək məqsədi ilə təqdim etməyə cəhd göstərilib.

“Bütün bunlar o zaman baş verir ki, beynəlxalq ictimaiyyət hələ də Azərbaycan tərəfindən həyata keçirilən soyqırım aktlarına, Artsaxdan zorla köçürülən bütün ermənilərin əsas hüquqlarının pozulmasına, Bakı həbsxanalarında saxlanılan erməni hərbi əsirlərə qarşı həyata keçirilən qanunsuz və alçaldıcı rəftara, Artsaxın mənəvi-mədəniyyət irsinin mənimsənilməsi və erməni izlərinin tamamilə məhv edilməsi hallarına layiqincə qiymət verməyib” – deyə  bəyanatda qeyd olunur.

Ana Kürsü təəssüflə bildirir ki, “katolik ali təhsil müəssisəsinin divarları arasında belə elmdən uzaq tədbirin təşkilinə icazə verilib”.

Bu münasibətlə Müqəddəs Eçmiadzin bildirir ki, “kilsələrarası əlaqələrin qəbul olunmuş çərçivəsi daxilində zəruri addımlar atacaq”.

Daha çox göstər
Back to top button