BaşlıcaMədəniyyət

Yerüselim Erməni Patriarxlığı Vatikanda keçirilən Azərbaycan təbliğatına həsr olunmuş saxta konfransı kəskin şəkildə pisləyir

Yerüselim Erməni Patriarxlığı, Azərbaycan hökuməti və onun təbliğat dairələrinin iştirakı ilə Vatikanda keçirilmiş “Azərbaycanda xristianlıq: tarix və müasir dövr” adlı beynəlxalq konfransa sərt tənqidlə cavab verib.

Patriarxlıq bəyan edir ki, erməni alimlərinin bu tədbirdən kənarlaşdırılması dövlət səviyyəsində aparılan tarix saxtakarlığını açıq şəkildə göstərir.

Bu saxtakarlığın məqsədi Cənubi Qafqazda Erməni Opostol Kilsəsinin əsrlər boyu mövcudluğunu kiçiltmək və təhrif etməkdir.

Bəyanatda bildirilir ki, belə bir tədbirin Vatikanda, erməni mütəxəssislərin iştirakı olmadan keçirilməsi məsuliyyətsiz addımdır və bu, tarixin saxtalaşdırılmasına şərik olmaq deməkdir.

“Biz vurğulayırıq ki, Vatikan məsuliyyətsiz davranmışdır, çünki onun akademik platforması, Cənubi Qafqazda Erməni Opostol Kilsəsinin tarixi mövcudluğunu qlobal elmi yaddaşdan silmək məqsədi daşıyan uydurma və saxta tarixlərin yayılması üçün ağıllı şəkildə istifadə olunmasına imkan vermişdir.

Belə tədbiri təşkil etməklə və erməni alimlərini daxil etməməklə Vatikan, dünyəvi xristian xalqına qarşı tarixi silahlandırmaya şərik olmuşdur. Bu xalqın ümumdünya xristianlığına töhfəsi isə, elmi baxımdan belə, danılmazdır” – deyə Yerüselim Erməni Patriarxlığının açıqlamasında  bildirilir.

Patriarxlıq vurğulayır ki, bu cür layihələr siyasi planın bir hissəsidir və məqsədi tarixi saxtalaşdırmaq, erməni xristian mədəniyyətini başqa bir sivilizasiyaya aid etmək və Artsaxdakı erməni kimliyini silməkdir.

Bəyanatda həmçinin “guya Artsaxdakı erməni kilsələri və mədəni irsi qondarma “Qafqaz Albaniyası” mədəniyyətinə məxsusdur” fikri də pislənir və bu yanaşma “elmi saxtakarlıq və tarixi inkar” kimi qiymətləndirilir.

Yerüselim Erməni Patriarxlığı Vatikana çağırış edir ki, tarixi həqiqəti qorusun və erməni irsinin, xristian mədəniyyətinin saxtalaşdırılması və ya silinməsinə xidmət edə biləcək hər hansı addımdan çəkinməlidir.

“Biz Vatikana çağırış edirik ki, tarixi həqiqətin bütövlüyünü müdafiə etsin və yerli xristian icmalarının həyat təcrübəsini silmək məqsədi daşıyan saxta irs və uydurma ənənələrin bütün formalarını rədd etsin.

Vatikan belə revizionist cəhdlərdən uzaq durmalı və xristian ənənəsinin həqiqiliyini qorumaq öhdəliyini yenidən təsdiqləməlidir – bu da Müqəddəs və Opostol Erməni Ortodoks Kilsəsinə aiddir.

Biz bildiririk ki, erməni xristianlığının dörd qədim və hələ də mövcud qolundan biri kimi, bu an bütün xristian dünyasının elmi dairələri üçün mənəvi aydınlıq anıdır:

Belə ki, Erməni keçmişinin həqiqəti heç bir lobbi və maliyyələşdirilən revizionist yalanla basdırıla bilməz.

Bizim kilsələrimiz, monastırlarımız, memarlığımız, estetikamız, xaçkarlarımız, işıqlı əlyazmalarımız, liturgiyamız, minillik nəğmələrimiz, əlifbamız, müqəddəslərimiz və şəhidlərimiz, qədim qəbiristanlıqlarımız, müqəddəs qalıqlarımız, ilahiyyat məktəblərimiz və xalqımız – bunlar canlı şahidliklərdir və onları heç bir şəkildə saxtalaşdırmaq və ya silmək mümkün deyil” –  deyərək bəyanatda  qeyd olunur.

Daha çox göstər
Back to top button