
Fransanın Xarici işlər naziri Jan-Noel Baron Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə gərginliyin artması ilə bağlı narahatlığını ifadə edib.
“Azirbaycana gəlincə, sərhəddə gərginliyin artmasından çox narahatam. Ümid edirəm ki, orada yerləşdirilən Avropa missiyası genişləndiriləcək ki, bu gərginlik müşahidə edilsin və qarşısı alınsın”– deyə Baron Lüksemburqda Avropa Birliyinin Xarici işlər nazirlərinin görüşü zamanı bildirib.
“Sülh sazişi imzalanmalıdır və özbaşına həbs olunmuş şəxslər, əsirlər azad edilməlidir” – deyərək Fransanın Xarici işlər naziri əlavə edib.







