
AB-nin Ermənistandakı səfiri Vasilis Maragos, AB ilə ER arasında Hərtərəfli və genişləndirilmiş Tərəfdaşlıq sazişinə (HGHTS) dəstək məqsədilə keçirilən əlaqə platformasının ikinci işgüzar görüşündə iştirak edib.
Görüşdə AB və Ermənistan nümayəndələri arasında uyğunlaşmanın gücləndirilməsi, bilik mübadiləsi və HGHTS-in üstünlükləri barədə effektiv kommunikasiyanın təşviyi, xüsusilə Ermənistan vətəndaşlarının mənafeləri nəzərə alınmaqla müzakirə edilib.
Bu barədə Ermənistanda AB nümayəndəliyi məlumat yayıb. Əlaqə platforması əsas rol oynayaraq, islahatlardan dezinformasiyaya qarşı mübarizəyə qədər AB-Ermənistan əməkdaşlığının üstünlüklərini vətəndaşlara daha yaxşı anlatmaqla daha güclü və davamlı Ermənistanın qurulmasına töhfə verir.
Mətn factor.am-ə məxsusdur.







