
Ermənistan parlamentinin sədri Alen Simonyan aprelin 15-də Sloveniya Baş nazirinin müavini, Xarici və Avropa işləri naziri Tanja Fayon ilə görüşüb.
Ermənistan və Sloveniya arasında yüksək səviyyəli siyasi dialoqun dinamik inkişafında parlament diplomatiyasının rolunu vurğulayan tərəflər, bu münasibətlərin gələcəkdə daha da dərinləşdirilməsinin ikitərəfli əlaqələrə yeni impuls verəcəyini qeyd ediblər.
Alınan məlumata görə, Ermənistan parlamentindən bildirilib ki, görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh sazişinin artıq tamamlanmış layihəsinə, eləcə də digər ikitərəfli maraq doğuran məsələlərə toxunulub.
Tərəflərin müzakirələrinin mərkəzində həmçinin Ermənistan-Avropa Birliyi gündəmi və Ermənistanda həyata keçirilən demokratik islahatlarla bağlı məsələlər olub.
Alen Simonyan Tanja Fayonun diqqətini Azərbaycanda qanunsuz saxlanılan ermənilərin probleminə yönəldib.







