BaşlıcaSiyasət

Armen Qriqoryan  Kaya Kallasın idarə rəhbəri ilə  ER-AB  münasibətlərinin inkişafı perspektivlərini  müzakirə edib

Brüseldə keçirilən işgüzar səfəri çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryan Avropa Komissiyasının vitse-prezidenti, AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi Kaya Kallasın idarə rəhbəri Vivian Lunel ilə görüşüb.

Bununla bağlı məlumat Təhlükəsizlik Şurasının Katibliyindən verilib. Görüşdə iştirakçılar Ermənistan-AB münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Tərəflər həmçinin beynəlxalq və regional təhlükəsizlik vəziyyəti ilə bağlı fikir mübadiləsi aparmışlar. Təhlükəsizlik Şurasının Katibi Ermənistan hökumətinin Cənubi Qafqazda davamlı və möhkəm sülhün təmin edilməsi istiqamətində səylərini təqdim edib.

Daha çox göstər
Back to top button