
Avropa Sülh Fondunun Ermənistana 20 milyon avro ayırması ilə bağlı müzakirələr davam edir. Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan, Sloveniyanın Xarici işlər naziri Tanja Fajon ilə birgə keçirilən mətbuat görüşündə bu haqda bildirmişdir.
Verilən məlumata görə, Mirzoyan qeyd edib ki, keçən il Avropa Sülh Fondunun Ermənistana 10 milyon avro ayırdığını xatırladaraq, indiki dəfə isə 20 milyon avronun ayrılması məsələsi müzakirə olunur.
O, açıqlamasında bildirib: “Müzakirələr davam edir və ümid edirik ki, gələcəkdə müsbət nəticə əldə ediləcək”.
Öz növbəsində Sloveniyanın Xarici işlər naziri Tanja Fajon, Sloveniyanın Avropa Sülh Fondunun Ermənistana 20 milyon avro ayırması təklifini dəstəklədiyini bəyan edib:
“Ölkəm adından deyə bilərəm ki, biz bu təklifi qətiyyətlə dəstəkləmişik və ona güclü dəstək göstərmişik”.
Daha öncə “Azatutyun” radiosu öz mənbələrinə istinadən bildirmişdi ki, Macarıstan AB-nin Xarici işlər nazirləri Şurasının iclasında Avropa Sülh Fondunun Ermənistana 20 milyon avro ayırması qərarının bloklanmasına səbəb olub.







