BaşlıcaBeynəlxalq

Fransanın Xİ naziri Mirzoyana:  “Paris Ermənistanın möhkəmliyini və suverenliyini dəstəkləməyə davam edəcək”

Fransa tərəfi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro arasında dünən keçirilmiş telefon danışığının təfərrüatlarını təqdim edib.

Fransa Xarici işlər nazirliyi bildirir ki, söhbət ikitərəfli gündəlikdəki məsələləri müzakirə etməklə yanaşı, iki nazir üçün Ermənistan və Azərbaycan arasında sülh prosesi və regionda təhlükəsizlik vəziyyətini müzakirə etmək imkanı olub.

“Nazir Cənubi Qafqazın region əhalisinin rifahı naminə açıq sərhədlərlə sülh, inteqrasiya və əməkdaşlıq məkanına çevrilməsinə imkan verməli olan sülh müqaviləsinin tezliklə imzalanmasının və ratifikasiyasının vacibliyini bir daha təsdiqləyib” – deyə məlumatdabildirilir.

Jan-Noel Barrot Fransanın Ermənistanın möhkəmliyini və suverenliyini dəstəkləməyə davam edəcəyini bir daha təsdiqləyib.

Daha çox göstər
Back to top button